ABŞ İraillə bağlı son sözünü dedibackend

ABŞ İraillə bağlı son sözünü dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar təcavüz halında İsraili müdafiə etmək üçün Yaxın Şərqdəki qoşunlarından istifadə etməyə tam hazır olacaq.

Editor.az bildirir ki, bu fikri ABŞ dövlət katibi Entoni Blinken deyib. Eyni zamanda, o vurğulayıb ki, Amerika hərbi qüvvələrinin regiona köçürülməsi aqressiya təhrik etmək deyil, eskalasiyanın qarşısını almaq məqsədi daşıyır. Dünən, avqustun 19-da Antoni Blinken Qəzza zolağındakı vəziyyəti həll etmək üçün Yaxın Şərq turu çərçivəsində İsrailə gəlib.

O, İsrailin baş naziri, prezidenti və Müdafiə Nazirliyinin rəhbəri ilə danışıqlar aparıb. Görüşlərdən sonra keçirilən mətbuat konfransında Blinken bildirib ki, səfərinin əsas məqsədi ABŞ-ın İsrailin təhlükəsizliyinin təmin edilməsinə sadiqliyini bir daha təsdiqləməkdir. Bununla bağlı dövlət katibi Vaşinqtonun Yaxın Şərqə bu yaxınlarda əlavə qüvvələr köçürməsini xatırladıb. Pentaqonun rəhbəri Lloyd Ostinin əmri ilə avqustun əvvəlində “Georgia” nüvə sualtı qayığı və “Abraham Linkoln” təyyarədaşıyan gəmisi bölgəyə göndərilib.

“Bu qüvvələrin və vasitələrin yerləşdirilməsində məqsəd təcavüzü təhrik etmək deyil, onun qarşısını almaq, baş verməməsini təmin etməkdir. Lakin bu baş verərsə, biz İsraili müdafiə etməyə tam hazır olacağıq”, – Antoni Blinken. Blinkenin sözlərinə görə, 2023-cü ilin oktyabrında Fələstin HƏMAS yaraqlılarının İsrailə hücumundan sonra Yaxın Şərqdə gərginliyin qarşısını almaq ABŞ-ın vəzifələrindən birinə çevrilib.

//Samir Qurbanov, Editor.az