ABŞ-İran danışıqlarının ikinci mərhələsi aprelin 19-da Romada baş tutacaq.
Editor.az xəbər verir ki, bu barədə “Axios” yazıb. Nəşrin mənbələrinə görə, məkanın dəyişdirilməsini Amerika tərəfi təklif edib. Danışıqların ikinci raundu Omanda baş tutmasa da, Omanlı vasitəçilər iştirak edəcək. “Axios” qaynaqları danışıqların İran və Amerika rəsmilərinin eyni otaqda oturması ilə baş tuta biləcəyini bildirib.
Danışıqların əvvəlki raundu dolayı olub, iki ölkənin nümayəndələri ayrı-ayrı otaqlarda oturub, Oman diplomatları isə mesajları irəli-geri çatdırıblar.
Nəşrin başqa bir mənbəsi bildirib ki, iki aparıcı müzakirəçi, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Araqçi şənbə günü təxminən 45 dəqiqə danışıblar. Mənbə bildirib ki, söhbət “mənalı, ciddi və əla olub”.
Xatırladaq ki, ABŞ-İran danışıqlarının birinci mərhələsi aprelin 12-də Omanda baş tutub.
//Samir Qurbanov, Editor.az