ABŞ-İran danışıqları öncəsi: Müvəqqəti razılaşma təklif olunacaq?backend

ABŞ-İran danışıqları öncəsi: Müvəqqəti razılaşma təklif olunacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ-la yekun razılığa gəlməzdən əvvəl müvəqqəti nüvə sazişinin mümkünlüyünü nəzərdən keçirmək istədiyi və Tehranın hərtərəfli razılaşma üçün danışıqlara başlamazdan əvvəl iki ölkəyə müvəqqəti razılaşma üzərində işləməyi təklif etməyi planlaşdırdığı irəli sürülüb.

Bu barədə Axios məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər verir. Bildirilib ki, İran rəsmiləri ABŞ prezidenti Donald Trampın təyin etdiyi iki aylıq müddət ərzində texniki cəhətdən mürəkkəb nüvə sazişinin əldə edilməsinin real olmadığını düşünürlər. Buna görə də mümkün gərginlikdən qaçmaq üçün daha çox vaxt qazanmağı hədəfləyirlər.

Hesabata görə, müvəqqəti razılaşma İranın uranın zənginləşdirilməsi üzrə bəzi fəaliyyətlərini dayandırmasını, zənginləşdirilmiş uran ehtiyatını 60 faiz azaltmasını və Birləşmiş Millətlər Təşkilatının müfəttişlərinə nüvə obyektlərinə geniş çıxış imkanı verməsini əhatə edə bilər.

//Gülnarə Abasova, Editor.az