ABŞ-İran danışıqları pozulurbackend

ABŞ-İran danışıqları pozulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İrana təqdim etdiyi yeni nüvə sazişi təklifi “parçalanmış və dağınıqdır”.

Editor.az bildirir ki, bunu yüksək rütbəli İran rəsmisi CNN-ə deyib. Kanalın həmsöhbətləri bildiriblər ki, yeni sövdələşmə üzrə danışıqlarda sürət “sönməkdədir” və altıncı raund baş tutmaya bilər. Telekanalın məlumatına görə, ABŞ-ın yeni təklifi ABŞ-ın İranın mülki nüvə enerjisi proqramına sərmayə qoymasını və ölkədə aşağı səviyyəli uranın zənginləşdirilməsinə nəzarət edəcək konsorsiuma qoşulmasını nəzərdə tutur. Konsorsiuma Yaxın Şərq ölkələri və BMT-nin nüvə nəzarəti orqanı, Beynəlxalq Atom Enerjisi Agentliyi daxil olacaq.

İran rəsmiləri təkid edirlər ki, İran öz zənginləşdirmə imkanları üzərində nəzarəti saxlaya bilməlidir. Onlar bildirirlər ki, danışıqlarda irəliləyişə əsas maneə ABŞ-ın qeyri-sabitliyidir. Rəsmi həmçinin bildirib ki, son mətn danışıqların beşinci raundu zamanı əldə edilmiş əvvəlki razılaşmalarla birbaşa ziddiyyət təşkil edir.

Şənbə günü danışıqlarda vasitəçi, Omanın xarici işlər naziri Seyid Bədr əl-Busaidi ABŞ-ın nüvə dosyesi ilə bağlı təkliflərini İrana təqdim edib. Razılaşmanın bəndləri arasında Tehranın uranı zənginləşdirməkdən imtina etməsi və bütün yüksək zənginləşdirilmiş xammalın xaricə ixracı var. İran onların heç biri ilə razılaşmayıb.

//Samir Qurbanov, Editor.az