ABŞ: “İran gərginliyi azaltmaq üçün addım atmalıdır”backend

ABŞ: “İran gərginliyi azaltmaq üçün addım atmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranla diplomatiya üçün nüvə addımı şərtini açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlamasında İranın nüvə proqramına toxunub.

“İran diplomatiya üçün məkan yaratmaq istəyirsə, gərginliyi azaltmaq üçün addımlar atmalıdır. Son bir neçə həftə ərzində biz İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) öz işini görməsinin qarşısını almaq üçün addımlar atdığını gördük. Əgər İran gərginliyin azaldılması istiqamətində addımlar atmaqda həqiqətən ciddidirsə, onun edə biləcəyi ilk şey MAQATE ilə əməkdaşlıq etməkdir”,-deyə bildirilib.

//Safura Bənnayeva, Editor.az