ABŞ: “İran PUA-ları Ukraynaya qarşı istifadə edilir”backend

ABŞ: “İran PUA-ları Ukraynaya qarşı istifadə edilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Pilotsuz Uçuş Aparatları Rusiya tərəfindən Ukraynadakı hərbi və mülki hədəflər üçün istifadə edilir və İranla pilotsuz təyyarə texnologiyası üzrə iş görənlərə sanksiyalar davam edəcək”.

Editor.az xarici mediaya əsasən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel jurnalistlərə açıqlaması zamanı qeyd edib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri təlim keçərək bu sistemlərdən istifadə etmək üçün İrana gediblər. Eyni zamanda, sistemlərin hərbi və mülki hədəflərə qarşı istifadə edildiyinə dair geniş sübutlar var.

Sözçü, İran və Rusiya arasında dərinləşən müttəfiqliyin yaratdığı təhlükənin region və dünya ölkələri tərəfindən yaxından izlənilməli olduğuna işarə edərək, sözlərinə belə davam edib: “Bu, yaxından izlədiyimiz bir məsələdir. Biz müttəfiqlərimiz və Birləşmiş Millətlər Təşkilatı ilə İranın Rusiyaya təhlükəli silahlar tədarüküylə bağlı sıx təmasdayıq. İranın Rusiyaya silahlar verməsi bütün dünya üçün təhlükəli vəziyyət yarada bilər. Bu istiqamətdə araşdırma aparılmalıdır. ABŞ cinayətkarlara qarşı tədbir görməkdən çəkinməyəcək”.

ABŞ sözçüsünün fikrincə, Rusiyanın İranın köməyinə ehtiyacı Rusiya ordusunun yaşadığı təchizat problemlərini də ortaya qoyur.

//Safura Bənnayeva, Editor.az