ABŞ və İran qarşıdurma dərəcəsi artmaqda davam edir, lakin bu qarşıdurma hələ ki, birbaşa hərbi toqquşmalara keçməyib.
Editor.az bildirir ki, çərşənbə axşamı İran İslam İnqilabı Keşikçiləri Korpusu İraq Kürdüstanı və Suriyanın şimalındakı hədəflərə raket zərbəsi endirib.
Amerikanın Ərbildəki konsulluğu yaxınlığında bir neçə raket partlayıb ki, bu da Vaşinqtona xəbərdarlıq və Qərb koalisiyasının İranın yaxın müttəfiqləri olan Yəmən husilərinə qarşı zərbələrinə cavab sayıla bilər.
Bu arada onun suveren İraq ərazisini atəşə tutması Tehran və Bağdad münasibətlərinə də ciddi təsir göstərib: İraq artıq bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldıracağına söz verib.
//Samir Qurbanov, Editor.az

