ABŞ İran və Çinə sanksiyalar tətbiq edibbackend

ABŞ İran və Çinə sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İran və Çin Xalq Respublikasında yerləşən 7 fiziki şəxs və 6 təşkilatın satınalma şəbəkəsinə sanksiya tətbiq edəcək.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən verilən yazılı açıqlamada qeyd edilib.

Açıqlamada bildirilib ki, ballistik raket proqramına dəstək verdikləri üçün İran və Çində 7 şəxs və 6 təşkilatdan ibarət satınalma şəbəkəsinə sanksiya tətbiq edilməsinə qərar verilib: “Birləşmiş Ştatlar İranın satınalma şəbəkələrini pozmaq üçün əlində olan bütün vasitələrdən istifadə etməyə qadirdir. Müttəfiqləri və tərəfdaşları ilə İranı öz hərəkətlərinə görə cavab verməyə səsləyirik”.

//Safura Bənnayeva, Editor.az