ABŞ İrana görə Yaxın Şərqdəki ölkələrə müraciət edibbackend

ABŞ İrana görə Yaxın Şərqdəki ölkələrə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Yaxın Şərqdəki tərəfdaşlarından İsraillə gərginliyi azaltmaq məqsədi ilə onların İrana müraciət etməsini xahiş edib.

Agentlik bildirib ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İraqın xarici işlər nazirlərindən İrana “təcili olaraq İsraillə gərginliyi azaltmaq çağırışını” çatdırmağı xahiş edib.

Məlumata görə, aprelin 10-da İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb ki, ölkənin xarici siyasət idarəsinin rəhbəri Hüseyn Əmir-Abdullahian Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İraqdan olan həmkarları ilə telefon danışığı keçirib və onlar regional gərginliyi müzakirə ediblər.

Oxu.az