Amerika rəsmiləri İrana məlumat veriblər ki, Ağ Ev İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) canlandırmaq üçün danışıqlara qayıtmağa hazırdır.
Editor.az bu barədə “Əl-Cərida” qəzetinə istinadla məlumat yayıb. İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasındakı mənbə jurnalistlərə bildirib ki, iyulun 23-də Amerika tərəfi plana “kiçik dəyişikliklərin” edilməsi şərti ilə bu məsələyə sürətlə qayıtmaq üçün danışıqlara hazır olduğunu bəyan edib.
Qeyd edək ki, iyunun əvvəlində Rusiya, Çin və İran Qərb ölkələrini nüvə sazişini canlandırmağa çağırıb. Bu barədə üç ölkənin birgə bəyanatında deyilir. Sənəddə vurğulanır ki, JCPOA-nın müddəaları hələ də qüvvədədir və nüvə sazişinin tam icrası İranın dinc nüvə proqramı ilə bağlı əksər sualları həll edə və gərginliyi azaltmaq üçün bir vasitə ola bilər.
//Gülnarə Abasova, Editor.az

