ABŞ İrana qarşı gizli əməliyyat hazırlayır – Bloombergbackend

ABŞ İrana qarşı gizli əməliyyat hazırlayır – Bloomberg

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bloomberg” ABŞ-ın İrana qarşı mümkün gizli əməliyyatı barədə məlumat yayıb.

Editor.az xəbər verir ki, Vaşinqton İordaniyada üç amerikalı əsgərin ölümü ilə nəticələnən hücumun qisasını almaq niyyətindədir. Nəşrə görə, ABŞ əsgərlərinin ölümü İsrail və Fələstin arasında münaqişə başlayandan sonra edilənlərlə müqayisə oluna bilməyən “daha qəti cavab” verə bilər. Nəşr yazır ki, ABŞ İrana qarşı gizli əməliyyat hazırlayır.

Müəlliflərin fikrincə, Co Baydenin “vacib qərarlarından biri” İran və ABŞ arasında birbaşa qarşıdurma ilə nəticələnə bilər. Bundan əvvəl Ağ Ev İordaniyada 3 ABŞ əsgərinin öldüyünü, 34 əsgərin yaralandığını bildirmişdi. Amman Ağ Evin sözlərini təkzib edərək, Suriyada yerləşən Amerika bazasına hücum edildiyini qeyd edib.

//Samir Qurbanov, Editor.az