ABŞ İrana qarşı gizli əməliyyat planlaşdırır?backend

ABŞ İrana qarşı gizli əməliyyat planlaşdırır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İordaniyadakı ABŞ bazasına hücuma cavab variantlarını nəzərdən keçirir və İrana qarşı gizli əməliyyatı istisna etməyib. Editor.az bu barədə “Bloomberg”ə istinadla məlumat yayıb. Nəşr qeyd edib ki, Amerika bazasına hücum Amerika rəsmilərinin “həlledici reaksiyasına” səbəb ola bilər. Mümkün əməliyyat miqyasına görə Vaşinqtonun Qəzza zolağında münaqişə başlayandan sonra etdiklərini üstələyə bilər.

Nəşrin ekspertləri hesab edirlər ki, Vaşinqton mümkün hərbi kampaniyada iştirakını elan etməyəcək. Onlar bunun Vaşinqton və Tehran arasında birbaşa münaqişəyə çevrilə biləcəyini irəli sürüblər.

Xatırladaq ki, yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib. ABŞ prezidenti Co Bayden hücumun Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bildirib. ABŞ senatoru Lindsey Graham hücumdan sonra ABŞ-ı İrana zərbə endirməyə çağırıb.

//Gülnarə Abasova, Editor.az