ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Pentaqondan İrana qarşı əməliyyatları dəstəkləmək üçün Florida ştatının Tampa şəhərindəki qərargahına daha çox hərbi kəşfiyyat zabiti göndərməsini istəyib.
Editor.az xəbər verir ki, bu barədə “Politico” bir hesabata istinadən məlumat yayıb. Sorğu ən azı 100 gün, ehtimal ki, sentyabr ayına qədərki dövrü əhaətə edir. Bu, Tramp administrasiyasının İranla müharibə çərçivəsində əlavə kəşfiyyat zabitləri üçün ilk məlum sorğusudur. Bu, həmçinin Pentaqonun ABŞ prezidentinin əvvəllər müəyyən etdiyi ilkin müddətdən xeyli uzun davam edə biləcək əməliyyatlar üçün büdcə ayırdığını göstərir. Əvvəlcə Tramp İrana qarşı Amerika əməliyyatının “dörd həftə” davam edəcəyini bildirib. Daha sonra Ağ Ev rəhbəri qoşunlarının “qrafikdən bir az irəlidə” olduğunu və münaqişənin uzanmasını istəmədiyini deyib. Daha sonra Tramp ABŞ-ın limitsiz silahlara malik olduğunu və “əbədi döyüşə” biləcəyini bəyan edib. Nəşrin məlumatına görə, adətən əvvəlcədən planlaşdırılan əməliyyatları dəstəkləmək üçün təcili olaraq personal və resursların toplanması Trampın komandasının İsraillə birgə başlayan müharibənin nəticələrini tam olaraq qabaqcadan görmədiyini göstərir.
ABŞ-ın Yaxın Şərq üzrə keçmiş yüksək vəzifəli rəsmisi Gerald Feuerstein ABŞ əməliyyatını “tamamilə improvizə edilmiş” adlandırıb. “Görünür, heç kim hərbi əməliyyatın qaçılmaz olduğunu başa düşmür və ya inanmırdı. Sanki şənbə səhəri oyanıb müharibəyə getmək qərarına gəliblər”, – deyə o bildirib.
//Samir Qurbanov, Editor.az

