ABŞ İrana qarşı növbəti sanksiyaları təsdiqlədibackend

ABŞ İrana qarşı növbəti sanksiyaları təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton İranın doqquz şirkətinə və 47 təşkilatına qarşı növbəti sanksiya paketini təsdiqləyib.

Bu barədə “RİA Novosti” ABŞ-ın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Sanksiya siyahısına həmçinin İranın kəşfiyyat naziri Mahmud Ələvi və “Mostazafan” xeyriyyə fondu da daxil edilib.

Vaşinqtonun məlumatına görə, Mahmud Ələvi insan hüquqları pozuntusu və 2019-cu ildə İrandakı etiraz aksiyası iştirakçılarına zorakılıq tətbiq etməkdə günahkar bilinir.