ABŞ Yaxın Şərqdəki mövcud imkanları baxımından İrana qarşı yalnız dörd-beş gün ərzində intensiv bombardman kampaniyası apara biləcək.

“Financial Times” qəzetinin məlumatına görə, İsrail kəşfiyyatı bu nəticəyə gəlib. Buna baxmayaraq, Mossad iddia edir ki, ABŞ daha az intensivliklə olsa da, İran ərazisinə qarşı bir həftəlik bombardman kampaniyasına ümid edə bilər.

Qəzet əvvəllər ABŞ prezidenti Donald Trampın danışıqlar və ya ilkin məhdud zərbə istənilən nəticəni verməzsə, İrana qarşı genişmiqyaslı hücumlar başlatmağı düşündüyünü bildirmişdi.

//Samir Qurbanov, Editor.az