ABŞ İranın nüvə proqramına görə ona qarşı yeni sanksiyalar elan edib. Bu barədə Dövlət Departamentinin saytında məlumat verilib.
Tədbirlər iki ölkə arasında davam edən danışıqlara baxmayaraq tətbiq edilib. Tədbirlər İranın Fuya Pars Prospektiv Texnoloqlar (İdeal Vakuum) təşkilatına və onun üç yüksək vəzifəli əməkdaşına qarşı yönəlib. Şirkətin İranın Müdafiə İnnovasiyaları və Araşdırma Təşkilatı (SPND) ilə əlaqəli olduğu bildirilir. Sanksiyalar ABŞ-da fiziki şəxslərin və təşkilatların sahib ola biləcəyi hər hansı aktivləri dondurur və onlarla işgüzar əlaqələri qadağan edir.
Dövlət katibi Marko Rubio verdiyi açıqlamada, “İran nüvə proqramını əhəmiyyətli dərəcədə genişləndirməyə və nüvə silahları və nüvə silahlarının çatdırılması sistemlərinə tətbiq edilən ikili məqsədli tədqiqat və təkmilləşdirmələr aparmağa davam edir” deyib. O əlavə edib ki, İran dünyada uranı 60 faiz saflığa qədər zənginləşdirən yeganə qeyri-nüvə ölkəsidir. Səviyyə 2015-ci il nüvə sazişi ilə müəyyən edilmiş maksimum 3,67 faizdən artıqdır.
Qeyd edək ki, mayın 11-də Omanda ABŞ və İran arasında dolayı danışıqların dördüncü raundu başa çatıb. İran Xarici İşlər Nazirliyi danışıqların dördüncü raundunu “çətin, lakin bir-birini anlamaq üçün faydalı” adlandırıb. Yaxın vaxtlarda iki ölkə nümayəndələri arasında növbəti görüşün baş tutacağı bildirilib.
//Samir Qurbanov, Editor.az