Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ administrasiyasına yaxın mənbəyə istinadən xəbər verir.
Qəzetin yazdığına görə, ABŞ-ın İran nefti və İranın dondurulmuş aktivləri ilə bağlı əsas məhdudiyyətləri dəyişməz qalacaq. Eyni zamanda, ABŞ rəsmiləri pauzanın yalnız yeni sanksiyalara, yoxsa artıq qüvvədə olan sanksiyalara şamil olunduğunu bilməyiblər. Bəzi siyasi xadimlər dəyişikliklərdən ümumiyyətlə xəbərsiz olub və qəfil fasilədən təəccübləniblər.
Nəşrin sorğusuna cavab olaraq Ağ Ev məlumatı təkzib etməyib. Onlar qeyd ediblər ki, hər hansı yeni qərarlar müvafiq qurumlar tərəfindən açıqlanacaq.
Bəzi adı çəkilməyən Ağ Ev rəsmilərinin sözlərinə görə, dayandırılma nüvə proqramı üzrə ABŞ-İran danışıqları fonunda gələcək sanksiyaların hərtərəfli müzakirəsi ilə bağlıdır. WSJ ehtimal edir ki, ABŞ danışıqlar zamanı İranı lazımsız yerə təxribat etməməyə çalışır. Buna görə də Vaşinqton mayın 21-dən Tehrana qarşı yeni məhdudiyyətlər tətbiq etməyib.
Qeyd edək ki, fevral ayında ABŞ prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiq siyasətini bərpa etmək üçün fərman imzalayıb.
Mayın 23-də Romada İran-ABŞ danışıqlarının beşinci raundu keçirilib və bundan sonra Tramp tərəflərin irəliləyiş əldə etdiyini bildirib. Danışıqlarda əsas məsələ Tehranın potensial razılaşma çərçivəsində uranın zənginləşdirilməsi üzrə özünün proqramına malik olmaq hüququnu saxlamasıdır.
//Samir Qurbanov, Editor.az