ABŞ İranda rejimi dəyişmək istəyirbackend

ABŞ İranda rejimi dəyişmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyinin baş vermə ehtimalına işarə edib.

Bu barədə o, “Truth sosial” şəbəkəsində yazıb: “Rejim dəyişikliyi” ifadəsini işlətmək siyasi baxımdan düzgün deyil, amma indiki İran rejimi İranı yenidən “böyük” edə bilmirsə, niyə dəyişməsin? – ABŞ prezidenti yazıb.

Bundan əvvəl Donald Tramp Amerikanın zərbələri nəticəsində İranın nüvə infrastrukturuna “böyük ziyan dəydiyini” bildirmişdi. Prezidentin sözlərinə görə, B-2 pilotları əməliyyatı uğurla başa vuraraq Missuri ştatına təhlükəsiz eniş ediblər.

//Samir Qurbanov, Editor.az