Vaşinqton hesab edir ki, Amerika hakimiyyətinin HƏMAS Siyasi Bürosunun rəhbərinin qətlinə İranın reaksiyasını cilovlamağa yönəlmiş səyləri nəticəsiz qalmayıb.
Editor.az bildirir ki, bu barədə “Washington Post” qəzeti yazıb. Nəşrə görə, İranın İsmayıl Haniyənin ləğvi üçün İsrailə cavab olaraq “sərt ssenaridən” əl çəkməsi ehtimalı var.
Eyni zamanda, “Hizbullah”ın necə davranacağı hələ də bəlli deyil. “Görünür, İran bu həftə ABŞ-ın güc nümayişi ilə gecikib və gizli mesajlar Tehrandakı İsveçrə səfirliyi və İranın BMT-dəki səfirliyindən keçib”, – “Washington Post” bildirir.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəhbəri müharibə edən tərəflərə müraciət edərək, münaqişənin daha da gərginləşməsindən çəkinməyə çağırıb. Bundan əlavə, o, İsraili əmin edib ki, Amerika tərəfi yəhudi dövlətini qeyd-şərtsiz dəstəkləyir.
//Samir Qurbanov, Editor.az