ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller İranın 2000 kilometr mənzilli yeni ballistik raket sınağının regional və beynəlxalq təhlükəsizliyə təhdid olduğunu bildirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, Miller gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İranın ballistik raket proqramının daha da irəliləyişinin qarşısını almaq üçün sanksiyalar da daxil olmaqla müxtəlif ehtiyat vasitələrindən istifadə etməyə davam etdiklərini bildirən Miller deyib:
“BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində İranın raket proqramı fəaliyyətlərinə qoyulan məhdudiyyətlərə baxmayaraq qətnamənin müddəalarına zidd olaraq xarici təchizatçılardan müxtəlif raket texnologiyaları almağa və ballistik raket sınaqları keçirməyə davam edir. Daha əvvəl dediyimiz kimi, nüvə silahına malik İran yəqin ki, daha da təxribatçı olacaq, buna görə də biz onun nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyıq”.
//Safura Bənnayeva, Editor.az

