ABŞ İranın “buzu ərimiş” pullarını yenidən “dondururbackend

ABŞ İranın “buzu ərimiş” pullarını yenidən “dondurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Nümayəndələr Palatası İrana məxsus 6 milyard dolların yenidən dondurulmasını təsdiqləyib.

Editor.az bildirir ki, Nümayəndələr Palatasının 307 üzvü qərarın lehinə, 119-u əleyhinə olub. Qərar Tehranın bu vəsaitləri “terrorizmi maliyyələşdirmək” üçün istifadə edə biləcəyi ilə bağlı narahatlıqlardan irəli gəlir.

Xüsusilə, pul HƏMAS və “Hizbullah” kimi hərəkatları dəstəkləmək üçün istifadə oluna bilər.
Qanun bu vəsaitlərin yerləşdirildiyi Qətər bankları ilə əməliyyatlarda iştirak edəcək istənilən maliyyə qurumuna qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

//Samir Qurbanov, Editor.az