ABŞ İranın gizli hərbi bazalarını vurdu – ANBAAN VİDEObackend

ABŞ İranın gizli hərbi bazalarını vurdu – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirilib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı “X”də məlumat yayıb.

Xəbərə görə, ABŞ hərbi aviasiyası İran daxilindəki gizli silah anbarlarını yüksəkdəqiqlikli silahlarla vurub. Bildirilib ki, bu zərbələrin məqsədi İranın xaricdə təsir gücünü azaltmaqdır.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.