ABŞ Hizbullah liderinin ölümündən sonra İran və müttəfiqlərinin Amerika personalı və Yaxın Şərqdəki maraqlarına qarşı mümkün hücumu halında tez cavab vermək üçün əlavə qüvvələrinin hazırlığını artırıb.
Editor.az xəbər verir ki, bu barədə Pentaqondan verilən açıqlamada deyilir.
“Müdafiə Nazirliyi bütün Yaxın Şərqdə etibarlı və inteqrasiya olunmuş hava hücumundan müdafiə qabiliyyətini saxlayır”,- deyə açıqlamada bildirilib. Açıqlamada həmçinin nazir Ostinin Yaxın Şərqdəki gərginliklə bağlı mütəmadi olaraq yenilənmiş məlumatlarla təmin edildiyi, USS Abraham Lincoln təyyarə gəmisinin başçılıq etdiyi hücum qrupunun bölgədəki mövcudluğunu davam etdirdiyi vurğulanıb.
//Gülnarə Abasova, Editor.az