“ABŞ İraq ərazisini tamamilə tərk etməyəcək”- ŞƏRHbackend

“ABŞ İraq ərazisini tamamilə tərk etməyəcək”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ İraq ərazisini tamamilə tərk etməyəcək. ABŞ beynəlxalq koalisiyanın daxil olan kontingentini İraqdan çıxaracaq. Fikrimcə, ABŞ-nin İraqda hərbi bazası qalacaq. Ona görə gələcəkdə Vaşinqtonla Bağdad arasında uyğun müqavilə belə imzalana bilər”.

Bu sözləri Editor.az-a Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan ABŞ ordusunun İraqdan çıxacağı barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Politoloq yayılan xəbərlərin doğru olacağı təqdirdə hansısa xarici ölkənin ABŞ-ni İraq ərazisində əvəz edə biləcəyi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib:

“İraq ərazisinə başqa xarici ölkə ordusunun daxil olmasına ehtiyac duyulmayacaq. Çünki ABŞ-nin bölgəni tərk etməsilə bərabər həm də İrandan tələb olunacaq ki, Həşd Şəəbi və İranyönlü qüvvələr neytrallaşsın və ya buraxılsın, eləcə də ərazidəki başqa qanunsuz birləşmələr, habelə PKK terror qruplaşmasının düşərgələri ləğv edilsin. Belə olan halda İraqa əlavə xarici qüvvənin yeridilməsinə ehtiyac duyulmur. Odur ki, İraqda sadaladığımız qüvvələr çıxarıldıqdan, neytrallaşdıqdan və ya təslim olunduqdan sonra ABŞ-nin İraqda əvəz edilməsinə ehtiyac qalmır”.

//Gülnarə Abasova, Editor.az