ABŞ İraqda “Hizbullah”ı bombalayırbackend

ABŞ İraqda “Hizbullah”ı bombalayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamikadze pilotsuz təyyarənin İraqın Ərbil şəhərində ABŞ hərbi bazasını vurmasından sonra ABŞ ordusu İraqdakı “Kataib Hizbullah” yaraqlılarının hədəflərinə cavab zərbələri endirib.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ hərbi bazasına hücum zamanı 1-i ağır olmaqla 3 əsgər yaralanmışdı. ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Erik Kurilla deyib: “Bu zərbələr İraq və Suriyada koalisiya qüvvələrinə qarşı hücumlara görə bilavasitə məsul olan elementləri məsuliyyətə cəlb etmək və onların hücumları davam etdirmək imkanlarını azaltmaq üçün nəzərdə tutulub”.

“Reuters” materialında ABŞ ordusunun “Kataib Hizbullah”ın bir neçə obyektini məhv etməyə müvəffəq olduğu bildirilir. Pentaqon yaralanan hərbçilərin adlarını və onların xəsarətlərinin təfərrüatlarını açıqlamayıb. ABŞ-ın müdafiə naziri Lloyd Ostin yazıb: “Mən yaralanan cəsur amerikalılar üçün dua edirəm”. Onun bəyanatı Amerika departamentinin saytında dərc olunub.

//Samir Qurbanov, Editor.az