ABŞ İraqdakı hərbi bazasına hücum edən Kataib Hizbullah təşkilatının obyektlərini bombalayıbbackend

ABŞ İraqdakı hərbi bazasına hücum edən Kataib Hizbullah təşkilatının obyektlərini bombalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev İraqda ABŞ-ın rəhbərlik etdiyi anti-DEAŞ koalisiyasının bazasına bomba yüklü pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edən Kataib Hizbullah təşkilatına aid 3 obyektin hədəf alındığını açıqlayıb.

Editor.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada, dünən səhər saatlarında İran tərəfdarı Kataib Hizbullah təşkilatının İraqdakı Amerika bazasına həyata keçirdiyi pilotsuz təyyarə hücumunda 3 ABŞ əsgərinin yaralandığı qeyd edilib. Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson tərəfindən edilən açıqlamada, məsələ ilə bağlı məlumatlandırılan ABŞ prezidenti Co Baydenin “qarşılıqlı hücum” əmri verdiyi, daha sonra ABŞ ordusunun İraqdakı Kataib Hizbullah təşkilatına aid 3 obyektə hücum etdiyi bildirilib. İraq Kürd Regional Rəhbərliyi (KRG) ABŞ-ın rəhbərlik etdiyi anti-DEAŞ koalisiyasının Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən bazasına bomba yüklü PUA ilə hücum edildiyini açıqlayıb. İraqdakı iranpərəst şiə milis qrupları arasında olduğu bilinən “İraq İslami Müqaviməti” adlı birlik daha əvvəl verdiyi yazılı açıqlamalarda ölkənin qərbindəki Ayn Əsəd hava limanı və Ərbil hava limanında koalisiya bazasını idarə etdiyini bildirmişdi. İraq, eləcə də Suriyanın şimalında Tel Əl-Əsəd – Suriyanın cənubundakı Beyder və Et-Tenef bazasına hücum edildiyini də açıqlayıb.

//Gülnarə Abasova, Editor.az