ABŞ-İsrail tandeminin İran hücumuna Şimali Koreyadan sərt münasibət: “Quldur davranışı” və “qanunsuz təcavüz aktı”dırbackend

ABŞ-İsrail tandeminin İran hücumuna Şimali Koreyadan sərt münasibət: “Quldur davranışı” və “qanunsuz təcavüz aktı”dır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya ABŞ-İsrail əməliyyatını pisləyərək, hücumu “utanmaz” və “qanunsuz təcavüz aktı” adlandırıb.

Bu barədə “The Chosun Daily” qəzeti Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsünün açıqlamasına istinadən məlumat verib. “ABŞ-ın fəal dəstəyi və himayəsi ilə İsrailin İrana qarşı hərbi hücumu və ona qoşulan ABŞ hərbi əməliyyatı qanunsuz təcavüz aktı və suverenliyin ən dəhşətli şəkildə pozulmasıdır… Biz ABŞ və İsrailin eqoist, hegemon ambisiyalarına çatmaq üçün tərəddüd etmədən hərbi gücdən istifadə edən utanmaz, quldur davranışını qətiyyətlə pisləyirik”, – deyə bəyanatda bildirilir.

Şimali Koreyanın bəyanatında Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın hərəkətlərinin qlobal sülh və sabitliyi pozmaqdakı rolunu nümayiş etdirdiyini bildirib və nəzarətsiz “sərt və özbaşına təcrübələrin” Yaxın Şərqdən kənarda siyasi, iqtisadi və geosiyasi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.Lakin Şimali Koreya mediası İranın Yaxın Şərqdəki Amerika hərbi bazalarına və digər hədəflərə qarşı qisas hücumlarını işıqlandırmayıb. Onlar həmçinin İranın Ali Lideri Ayətullah Əli Xameneinin ölümündən də bəhs etməyiblər.

“NK News”un məlumatına görə, Şimali Koreya yanvar ayında keçmiş Venesuela lideri Nikolas Maduronun həbsini də eyni şəkildə görməzdən gəlmişdi.

//Samir Qurbanov, Editor.az