ABŞ İsrail və HƏMAS arasında danışıqları yüksək qiymətləndirib.
Editor.az bu barədə “Bloomberg”ə istinadla xəbər verir.
Anonim qalmaq istəyənlər danışıqların hələ ilkin mərhələdə olduğunu və yaxın günlərdə hər hansı irəliləyişin gözlənilmədiyini bildiriblər. Bununla belə, onlar oktyabrın 7-də müharibə başlayandan bəri ən uzun fasilə və ən böyük girovların azad edilməsi demək olan təklifin real uğur şansının olduğunu bildiriblər. Potensial razılaşmanın Qəzzada təxminən 4 aya yaxındır davam edən zorakılığa son qoymaq üçün “ən yaxşı şansı” təqdim etdiyi bildirilir.
Qeyd edək ki, fevralın 1-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının uzun müddətə həbs cəzasına məhkum edilmiş şəxslərin azadlığa buraxılmasını tələb etmədən fələstinlilərin mərhələli şəkildə azad edilməsinə razılıq verdiyi bildirilir.
//Gülnarə Abasova, Editor.az

