ABŞ İsraildə baş verən hücumu terror aktı adlandırıbbackend

ABŞ İsraildə baş verən hücumu terror aktı adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken İsraildə 3 nəfərin həyatını itirdiyi hücumu pisləyib.

Editor.az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Blinken yazılı açıqlamasında məlumat verib.

İsrail hökuməti rəsmiləri ilə əlaqə saxladıqlarını qeyd edən Blinken 3 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu hücumun “terror aktı” olduğunu bildirib.

Qeyd edək ki, İsrailin Elad şəhərində törədilən hücumda azı 3 nəfərin öldüyü, 2-si ağır olmaqla 4 nəfərin yaralandığı bildirilib. Hücum edənlərin kimliyi və hücumun necə həyata keçirildiyi barədə məlumat verilməyib.

//Gülnarə Abasova, Editor.az