ABŞ İsrailə 320 milyon dollarlıq “ağıllı” bomba göndərəcəkbackend

ABŞ İsrailə 320 milyon dollarlıq “ağıllı” bomba göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İsrailə 320 milyon dollar dəyərində dəqiq idarə olunan sursat göndərməyi planlaşdırdığı iddia edilib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ administrasiyası oktyabrın 31-də ABŞ Konqresinə bəyannamə təqdim edərək İsrailə “SPICE” bombaları, havadan yerə dəqiq idarə olunan sursatların göndərilməsini nəzərdə tutur.

Razılaşma çərçivəsində ABŞ-ın silah istehsalçısı Rafael USA sözügedən sursatları İsrailli ana şirkəti Rafael Advanced Defence Systems-ə təhvil verəcək. Sözügedən plana ümumi dəyəri 320 milyon dollar olan silahların istifadəsi, yığılması, sınaqdan keçirilməsi və digər texnologiyaların təmin edilməsi də daxildir.

//Səbinə Hüseynli, Editor.az