ABŞ İsrailə ağır hava bombalarının tədarükünü bərpa edirbackend

ABŞ İsrailə ağır hava bombalarının tədarükünü bərpa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Axios” mənbələrə istinadən xəbər verir ki, ABŞ administrasiyası aprel ayında tədarükü dayandırılmış hava bombalarının İsrailə göndərilməsini bərpa edəcək.

Portalın məlumatına görə, söhbət 500 funt (227 kq) ağırlığında 1,7 min bomba partiyasından gedir. Təchizatların İsrailin iki həftə ərzində baş tutması planlaşdırılan Rəfah əməliyyatından sonra gözlənildiyini, adının açıqlanmasını istəməyən İsrail rəsmisi bildirib.

İsrail hakimiyyəti ölkənin şimal sərhədində Hizbullahla döyüşlərin genişmiqyaslı müharibəyə çevriləcəyi təqdirdə bombalara ehtiyac duyduqlarını bildirib. ABŞ və İsrail rəsmiləri bildirirlər ki, ABŞ administrasiyası həmçinin 2000 fut (907 kq) ağırlığında 1800 bombanın tədarükü imkanını öyrənir.

//Samir Qurbanov, Editor.az