ABŞ İsrailə dəyəri 18 milyard dollardan çox hərbi texnika verəcək – “The Hill” nəşribackend

ABŞ İsrailə dəyəri 18 milyard dollardan çox hərbi texnika verəcək – “The Hill” nəşri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CNN xəbər verir ki, ABŞ səlahiyyətliləri İsrailə dəyəri 18 milyard dollardan çox olan “F-15” qırıcıları satmağı düşünür.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin adı açıqlanmayan üzvü “The Hill”ə təsdiqləyib ki, administrasiya artıq qeyri-rəsmi olaraq konqresin müvafiq panellərini gözlənilən satışla bağlı məlumatlandırıb.

“Politico”nun məlumatına görə, ümumilikdə İsrail 50-dək yeni “F-15” döyüş təyyarəsi, qabaqcıl “AIM-120” orta mənzilli “hava-hava” raketləri və sursat dəstləri ala bilər. Nəşr iddia edir ki, Konqresə fevral ayında qırıcı təyyarələrlə bağlı gözlənilən razılaşma barədə məlumat verilib, lakin “silahların İsrailə gəlməsinə illər keçəcək”.

//Samir Qurbanov, Editor.az