ABŞ-ın demokrat qanunvericiləri prezident Co Bayden administrasiyasını İsraili Qəzza zolağında humanitar böhranın qarşısını almağa məcbur etməyə çağırıb. Əks halda, bu ölkəyə hərbi yardım göndərməkdən imtina etsinlər.
Editor.az bildirir ki, bu barədə “Reuters” yazıb. Demokrat senator Kris Van Hollen bildirib ki, Ağ Ev İsrailə bütün mümkün təsir rıçaqlarından istifadə etməlidir. “Bütün rıçaqlarımızı istifadə etməzdən əvvəl daha neçə uşaq ac qalacağını bilmirəm. Doğrudan da, daha çox iş görülməlidir”, – o, jurnalistlərə bildirib.
Agentliyin məlumatına görə, Kris Van Hollen və digər demokratlar da İsrailin baş naziri Binyamin Netanyahunun güzəştə getməyəcəyi təqdirdə ABŞ prezident administrasiyasını İsrailə hərbi yardımı dayandırmağa çağırıb. Senator Pit Uelç Senatdakı çıxışı zamanı deyib: “Baş nazir Netanyahuya kifayətdir, bəsdir” deməzdən əvvəl daha nə qədər ev, mağaza, məktəb, uşaq bağçası və xəstəxana dağıdılmalıdır.
//Samir Qurbanov, Editor.az

