ABŞ İsrailə silah tədarükünü dayandırmağın şərtlərini açıqlayıbbackend

ABŞ İsrailə silah tədarükünü dayandırmağın şərtlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ rəsmiləri İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyat keçirəcəyi təqdirdə ona silah tədarükünü dayandıra bilər.

Editor.az bu barədə Axios portalına istinadla xəbər verir. Nəşrin yazdığına görə, belə bir vəziyyətdə Vaşinqton tədarükləri dayandıra və ya İsrailin bəzi Amerika silah sistemlərindən istifadəsinə dair şərtlər qoya bilər. Həmçinin bildirilib ki, dövlət katibi Antoni Blinken İsrail rəhbərliyinə şəhərdə hərbi əməliyyatın iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, mayın 6-da axşam saatlarında İsrail müxtəlif mənbələrə görə Qəzza zolağının hər yerindən gələn 1-1,5 milyon qaçqının yerləşdiyi Rəfahda quru əməliyyatına başlayıb. Əməliyyatın başlamasına bir gündən az qalmış mülki şəxslərdən şəhərdən 20 km aralıda yerləşən genişlənmiş humanitar zonaya köçmələri tələb olunub.

//Gülnarə Abasova, Editor.az