ABŞ İsraili İrandan qoruyacaq – Pentaqonun sözçüsü Pat Rayderbackend

ABŞ İsraili İrandan qoruyacaq – Pentaqonun sözçüsü Pat Rayder

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun rəhbəri israilli həmkarı ilə görüşdə Vaşinqtonun yəhudi dövlətinə hərbi dəstək verməyə hazır olduğunu bildirib.

Bu bəyanat İsrail və İran arasında gərginliyin artması fonunda verilib. Nazir vurğulayıb ki, Birləşmiş Ştatlar eskalasiyaya can atmasa da, İsraili və Amerika personalını qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam edəcək.

Editor.az bildirir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Pat Rayder deyib. Öz növbəsində İran tərəfi bəyan edib ki, o, yalnız özünümüdafiə hüquqları əsasında hərəkət edib. Bunu İranın BMT-dəki daimi nümayəndəsi də bildirib. Onun sözlərinə görə, zərbə zamanı İran tərəfi yalnız hərbi infrastruktura diqqət yetirib.

O, həmçinin vurğulayıb ki, Tehran yəhudi dövləti ilə vəziyyəti daha da gərginləşmək niyyətində deyil.

//Samir Qurbanov, Editor.az