ABŞ İsrailin Qəzzadan qoşunlarının bir hissəsini çıxarmaq barədə razılığa gəldiyini açıqlayıbbackend

ABŞ İsrailin Qəzzadan qoşunlarının bir hissəsini çıxarmaq barədə razılığa gəldiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken İsrailin Qəzza zolağından çoxlu sayda İsrail Müdafiə Qüvvələrinin (IDF) çıxarılmasına razılıq verdiyini bildirib.

Editor.az bu barədə TASS-a istinadla məlumat yayıb. Onun sözlərinə görə, İsraillə Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı arasında imzalanan atəşkəs sazişində bir çox İsrail bölmələrinin bölgədən çıxarılması ilə bağlı maddə yer alıb.

Xarici işlər naziri, “Müqavilədə İsrail əsgərlərinin Qəzzadan çıxarılması üçün tarix və yerlər açıq şəkildə göstərilib və İsrail bunu qəbul edib”,- deyib. Blinken əlavə edib ki, o, razılaşmanın şərtlərini şəxsən İsrailin baş naziri Binyamin Netanyahudan alıb.

//Gülnarə Abasova, Editor.az