ABŞ administrasiyası İsrailə Dəmir Qübbə və David’s Sling buraxılış qurğuları da daxil olmaqla, raketdən müdafiə sistemini genişləndirməyə kömək etməyi planlaşdırır.
Editor.az bu barədə “Bloomberg”ə istinadla yazır. Nəşr qeyd edir ki, ümumi dəyəri 14 milyard dollar olan yardım paketinə 100-ə qədər Dəmir Günbəz buraxılış qurğusu və onlar üçün təxminən 14 min tutucu raketin tədarükü daxildir. Bu, on buraxılış qurğusu olan 25 yeni raketdən müdafiə batareyasının yaradılmasına imkan verəcək.
David’s Sling raketdən müdafiə sisteminin təchiz edilməsi üçün ayrıca maliyyə ayrılacaq. İsrailin raketdən müdafiə sistemləri 300 kilometrə qədər mənzilli raket hücumlarından qorunmaq üçün nəzərdə tutulub. Dəmir Qübbə daha qısa məsafəyə malikdir, David’s Sling isə uzun mənzilli salvoları maneə törədə bilər.
Qeyd edek ki, oktyabrın 7-də Həmas qüvvələri Əl-Əqsa Tufanı əməliyyatının başladığını elan edərək İsrail ərazisinə minlərlə raket atıb. Eyni zamanda minlərlə yaraqlı İsrail ərazisinə daxil olaraq onlarla hərbi texnikanı və yüzlərlə girovu ələ keçirib. Buna cavab olaraq İsrail əsas məqsədi HƏMAS-ı məhv etmək olan Dəmir Qılınc əməliyyatına başladığını elan edib. Hazırda münaqişə davam edir.
//Gülnarə Abasova, Editor.az

