ABŞ: İsveç Türkiyə qarşısında götürdüyü öhdəlikləri yerinə yetiribbackend

ABŞ: İsveç Türkiyə qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin sözçüsü Karine Jean-Pierre İsveçin NATO Sammiti çərçivəsində Türkiyəyə verdiyi vədləri yerinə yetirdiyini bildirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Jean-Pierre gündəlik mətbuat konfransında bildirib. İsveçin PKK-ya bağlı məhbusu Türkiyəyə təhvil vermə qərarına diqqət çəkən Jean-Pierre İsveçin NATO Zirvə toplantısında Finlandiya və Türkiyə ilə razılaşdığı üçtərəfli Anlaşma Memorandumu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini bildirib.

Bu səbəbdən Ağ Evin sözçüsü İsveçin ən qısa zamanda NATO üzvü olması lazım olduğunu və bununla bağlı ümidlərini davam etdirdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az