ABŞ jurnalisti: ABŞ kəşfiyyatı “Krokus Siti”nin terrorçuların hədəfi olacağını əvvəlcədən bilmirdibackend

ABŞ jurnalisti: ABŞ kəşfiyyatı “Krokus Siti”nin terrorçuların hədəfi olacağını əvvəlcədən bilmirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ kəşfiyyatı Moskvadakı “Crocus City Hall” konsert zalının terrorçuların hədəfi olacağını əvvəlcədən bilmirdi.

Editor.az xəbər verir ki, bu barədə amerikalı araşdırmaçı jurnalist Seymur Herş məlumatlı mənbələrə istinadən xəbər verir. Herş vurğulayıb ki, ABŞ rəsmilərinin Rusiya tərəfinə verdiyi xəbərdarlıq “insanların toplaşdığı yerlərdən birinə” hücum ediləcəyi ilə bağlıdır.

Bundan əvvəl bir sıra Amerika KİV-ləri, o cümlədən “New York Times” və “Washington Post” ABŞ rəsmilərinin “Crocus City Hall” konsert zalında terror aktına hazırlıqla bağlı Rusiyanı iki həftə əvvəl xəbərdar etdiyinə dair iddialar dərc etmişdi.

Daha əvvəl Rusiya kəşfiyyat xidmətlərindən olan mənbə Sputnik-ə bildirmişdi ki, ABŞ mətbuatında Vaşinqtonun Rusiyaya Crocus City-də terror aktı olacağı ilə bağlı xəbərdarlıq etdiyi iddiası həqiqəti əks etdirmir.

//Gülnarə Abasova, Editor.az