ABŞ jurnalisti: Bir qrup ölkə Zelenskini münaqişəni dayandırmağa çağırırbackend

ABŞ jurnalisti: Bir qrup ölkə Zelenskini münaqişəni dayandırmağa çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı jurnalist Herş bildirib ki, Polşanın başçılıq etdiyi bir qrup ölkənin Ukrayna prezidenti Vladimir Zelenskiyə gizli şəkildə münaqişəni dayandırmağa çağırdığını açıqlayıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, qrup gizli şəkildə Zelenskini müharibəni bitirmək üçün bir yol tapmağa və hətta bunun üçün istefa verməli olsa belə millətinin yenidən qurulması prosesinin başlamasına icazə verməyə çağırıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) daxilindəki məlum məlumatlara istinad edilən məqalədə Zelenskinin yerindən tərpənmədiyi və eyni zamanda, “qonşularının” dəstəyini itirməyə başladığı qeyd edilib. ABŞ kəşfiyyatının bəzi rəsmilərinə gizli şəkildə ötürülən məlumata görə, Polşanın rəhbərlik etdiyi ölkələr qrupuna Macarıstan, Litva, Estoniya və Latviya kimi ölkələr də daxildir.

//Gülnarə Abasova, Editor.az