ABŞ-Kanada sərhədində baş verən partlayışın səbəbləri açıqlandıbackend

ABŞ-Kanada sərhədində baş verən partlayışın səbəbləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Buffalo Şöbəsi ABŞ və Kanada arasındakı “Göy qurşağı” körpüsündə avtomobilin partladılması ilə bağlı araşdırmasını başa çatdırıb. Hadisə yol-nəqliyyat hadisəsi kimi qiymətləndirildiyi üçün iş yerli polisə verilib.

Editor.az xəbər verir ki, bu barədə FTB sosial X sosial şəbəkəsində məlumat yayıb. “Hadisə yerinə baxış zamanı partlayıcı maddələrin olmadığı, onun terrorla əlaqəsi müəyyən edilmədiyi bildirilir. Hadisə yol-nəqliyyat hadisəsi kimi Niaqara Folls polisinə göndərilib”, – məlumatda deyilir.

Xatırladaq ki, dünən körpüdə baş verən partlayışda avtomobildə olan iki nəfər həlak olub. 27 yaşlı sərhədçi də yaralanıb və Kanadanın Niaqara Folls Memorial Xəstəxanasına aparılıb. CBC-nin verdiyi məlumata görə, ilkin qiymətləndirmələr göstərir ki, avtomobil yanğından və partlamadan əvvəl hasara və Gömrük-Sərhəd Mühafizəsinin yoxlama sahəsinə çırpılmadan əvvəl yüksək sürətlə hərəkət edib. Hadisədən sonra ilk saatlarda terror aktı versiyası nəzərdən keçirilib.

//Samir Qurbanov, Editor.az