ABŞ kənara çəkilərsə, Aİ ölkələri Ukraynaya hərbi yardımı ikiqat artırmalıdır – “Bloomberg”backend

ABŞ kənara çəkilərsə, Aİ ölkələri Ukraynaya hərbi yardımı ikiqat artırmalıdır – “Bloomberg

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Kiyevə dəstəyi təsdiqləməsə, Avropa İttifaqı Ukraynaya hərbi yardımı ikiqat artırmalı olacaq.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” Kiel Dünya İqtisadiyyatı İnstitutunun hesabatına istinadən yazıb. Hesabata görə, 2023-cü il noyabrın 1-dən 2024-cü il yanvarın 15-dək olan müddətdə müttəfiqlər Ukraynaya 9,8 milyard avro yardım edəcəyinə söz veriblər. 2022-ci ildən 2023-cü ilə kimi eyni dövrdə Kiyevə 27 milyard avro məbləğində yardım edilib ki, onun da 21 milyardı ABŞ-dandır.

Hazırda deyilir ki, hazırda Ukraynaya əsas hərbi yardımı Skandinaviya ölkələri, Almaniya və Böyük Britaniya edir. Kiel İnstitutunun tədqiqat direktoru Kristof Trebeş deyib ki, Aİ ölkələri hələ də 2021-ci il ÜDM-nin 1%-ni belə Ukraynaya dəstək üçün xərcləməyiblər. Onun fikrincə, Kiyevə yardımın artırılması siyasi iradə məsələsidir, – agentlik yazır.

//Samir Qurbanov, Editor.az