ABŞ kəşfiyyat agentlikləri Ukraynaya hərbi və maliyyə dəstəyinin dayandırılması imkanlarını araşdırmağı planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın 2025-ci il Milli Müdafiə Aktında bildirilir. Sənəddə bildirilir ki, ABŞ milli kəşfiyyatı və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərliyi 2025-ci il dekabrın 31-dək Ukrayna münaqişəsinin mümkün gedişatı barədə hesabat təqdim etməlidir. Hesabatda Kiyevə yardımın kəsilməsi ssenarisi, eləcə də Ukrayna qoşunlarının müstəqil şəkildə hərbi əməliyyatlar keçirmə qabiliyyətinin qiymətləndirilməsi nəzərdə tutulur. Mütəxəssislər həmçinin Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının dərinliklərinə hücumlarına qoyulan qadağanın götürülməsi risklərini də qiymətləndirməlidirlər.
Kəşfiyyat rəsmiləri həmçinin ABŞ maliyyə və silah tədarükünü dayandırmaq qərarına gələrsə, Ukraynanın müttəfiqlərinin Ukraynaya dəstəyi davam etdirməyə hazır olma dərəcəsini müəyyən etməlidir.
//Gülnarə Abasova, Editor.az