ABŞ kəşfiyyatı: İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşırbackend

ABŞ kəşfiyyatı: İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşdığını göstərən yeni kəşfiyyat məlumatı əldə edib”.

Editor.az bu barədə CNN-ə istinadla xəbər verir.

Televiziyaya danışan mənbələr İsrail hökumətinin hücumlarla bağlı yekun qərarını verib-vermədiyinin hələ dəqiq olmadığını bildirib. Lakin bu mənbələrdən birinə görə, son aylarda belə bir ssenarinin baş vermə ehtimalı xeyli artıb.

İsrail rəsmisi CNN-ə bildirib ki, Vaşinqton və Tehran nüvə proqramı ilə bağlı “İsrailin nəzərində pis razılaşma” əldə edərsə, ölkəsi İrana qarşı müstəqil hərbi əməliyyatlar görməyə hazırdır.

Digər tərəfdən, məlumatlı mənbə vurğulayıb ki, İsrail xüsusilə havada yanacaq doldurmaq və yeraltı infrastrukturu vuracaq hədəflərə bomba çatdırmaq baxımından Amerikanın dəstəyi olmadan İranın nüvə proqramını məhv etmək gücündə deyil.

Qeyd olunub ki, ABŞ-ın aşkar etdiyi müxtəlif İsrail manevrləri, o cümlədən təyyarə bombalarının daşınması İrana nüvə proqramının əsas elementlərindən imtina etməsi üçün təzyiq etmək məqsədi daşıya bilər.

//Gülnarə Abasova, Editor.az