ABŞ kəşfiyyatı: “Trampa qarşı yeni sui-qəsd riski var”backend

ABŞ kəşfiyyatı: “Trampa qarşı yeni sui-qəsd riski var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı yeni sui-qəsd risklərinin davam etdiyi və yaxın həftələrdə yeni cəhdin ola biləcəyi kəşfiyyat məlumatlarında öz əksini tapıb.

Editor.az bu barədə Politico qəzetinə istinadla yazır. Mənbələr ABŞ prezidenti Co Bayden administrasiyasının İranın Trampı öldürmək sui-qəsdində əli olduğuna dair getdikcə daha çox dəlil əldə etdiyini qeyd edərək bunun İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə cavab ola biləcəyini vurğulayıb.

Bundan əvvəl CNN öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ kəşfiyyat xidmətləri İranın Donald Trampı “aradan çıxarmağı” planlaşdırdığına dair məlumat əldə edib və bu, ABŞ hakimiyyətinin Ağ Evin keçmiş sahibi üçün təhlükəsizlik tədbirlərini gücləndirməsinə səbəb olub. Televiziyaya danışan mənbələr bildiriblər ki, hazırda Pensilvaniyada Trampa sui-qəsd cəhdində şübhəli bilinən Tomas Kruksun bu sui-qəsddə əli olduğuna dair heç bir əlamət yoxdur. İranın BMT missiyasından Sputnik-ə verilən açıqlamada bildirilib ki, İran rəsmiləri ABŞ mətbuatında Tehranın ABŞ-ın keçmiş prezidenti Donald Trampı “yox etməyi” planlaşdırdığına dair ittihamları əsassız və qərəzli hesab edir.

Bəyanatda deyilir: “Bu ittihamlar əsassız və qərəzlidir. İran İslam Respublikasının nöqteyi-nəzərindən Tramp general (Qasem) Süleymaninin öldürülməsinə göstəriş verdiyinə görə cavab verməli və məhkəmə qarşısında cəzalandırılmalı olan cinayətkardır. İran onu məhkəmə qarşısına çıxarmaq üçün qanuni yolu seçdi”.

//Gülnarə Abasova, Editor.az