ABŞ kəşfiyyatından kritik açıqlama: “Rusiya dünyanı aldadır, bu tarixdə…”backend

ABŞ kəşfiyyatından kritik açıqlama: “Rusiya dünyanı aldadır, bu tarixdə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəşfiyyat belə nəticəyə gəlib ki, Rusiya geri çəkilmiş kimi davranır və bir neçə gündən sonra Ukraynaya hücum edəcək.

Bunu “Washington Post”a danışan 4 ABŞ rəsmisi deyib.

ABŞ-ın hazırladığı kəşfiyyat hesabatlarına əsaslanaraq xəbərlərdə fikirlərini bildirən və təhlükəsizlik səbəbilə adlarını açıqlamayan rəsmilər Rusiyanın Ukrayna ilə sərhəddən çəkilirik – açıqlamalarının ABŞ-ı və dünya liderlərini aldatmaq üçün edildiyini bildiriblər.

Rusiya və Belarusun Ukrayna sərhədində təlimləri bazar gününə qədər davam etdirəcəyini xatırladan “The Washington Post” yazıb ki, Rusiya Ukrayna sərhədi yaxınlığında öz qoşunlarını yerləşdirməyə davam edir. Qəzetə danışan kəşfiyyat rəsmiləri, mümkün hücum zamanı bu təlimin bəhanə ola biləcəyini də bildiriblər. Digər tərəfdən, ABŞ prezidenti Co Bayden mövzu ilə bağlı diqqətçəkən açıqlamalar verib.

“Rusiyanın Ukraynaya hücum etmək üçün aldadıcı addımlar atdığına inanmaq üçün hər cür əsasımız var”, – deyən ABŞ prezidenti Bayden əlavə edib ki, əldə olan bütün əlamətlər göstərir ki, onlar Ukraynaya hücum etməyi planlaşdırırlar: “Düşünürəm ki, bu, yaxın bir neçə gün ərzində baş verəcək”.

Teleqraf.com