ABŞ kəşfiyyatının keçmiş zabiti: “Baydenin Putin haqqında dediyi sözlər Ukrayna ilə bağlı həqiqəti ortaya qoyur”backend

ABŞ kəşfiyyatının keçmiş zabiti: “Baydenin Putin haqqında dediyi sözlər Ukrayna ilə bağlı həqiqəti ortaya qoyur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı və BMT-nin keçmiş müfəttişi Skott Ritter Rusiya prezidenti Vladimir Putinin Ukraynada uduzduğunu deyən ABŞ prezidenti Co Baydenin Amerika xalqını aldatdığını bildirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, “Tour of Duty” YouTube kanalının qonağı olan Ritter Baydenin Ukraynaya yardımı qanuniləşdirmək üçün ictimaiyyəti aldatdığını bəyan edib.

Ritter vurğulayıb ki, Qərb siyasətçiləri bu cür davranmaqla insanların ağzını bağlamaq, onlara həqiqəti görmək imkanı verməmək istəyirlər. Rusiyanın, hətta Ukraynanın da həqiqəti bildiyini deyən keçmiş kəşfiyyatçı bütün bunları insanların çox sual verməməsi üçün həyata keçirilən sadə siyasət kimi qiymətləndirib. Rusiya prezidenti Putin iyunun 4-dən əks-hücum keçirən Ukrayna ordusunun heç bir cəbhədə uğur qazanmadığını vurğulayıb. Qərb mətbuatında gedən təhlillərdə Ukrayna qüvvələrinin 2 aydan artıq bir müddət ərzində ciddi irəliləyiş əldə edə bilmədiyi və taktikalarını dəyişməli olduğu vurğulanıb.

//Gülnarə Abasova, Editor.az