ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Scott Ritter bildirib ki, Qərb müttəfiqləri Ukraynadan uzaqlaşmağa başlayıblar.
Editor.az xəbər verir ki, o, bu barədə Freedom YouTube kanalına bildirib.
“Zelenski artıq heç kimi maraqlandırmır. Polşa üz çevirir. O deyir ki, Ukrayna boğulur. Avropa Kiyevin münaqişədə uduzduğunu, qalib gələ bilməyəcəyini və münaqişənin davam etməsinin yalnız fəlakətli nəticələrə gətirib çıxaracağını anlamağa başlayır”,-deyə o bildirib.
Ritter Aİ ölkələrinin artıq Kiyev rejiminə dəstək görüntüsü vermək üçün döyüş meydanında heç bir faydası olmayacaq köhnə model silahlar göndərdiyini bildirib. Onun sözlərinə görə Polşa-Ukrayna münasibətləri də Ukrayna taxılına qoyulan embarqoya görə gərgin dövr yaşayır.
Bundan əvvəl Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka bəyan etmişdi ki, Ukraynanın taxıl idxalına birtərəfli qadağanın uzadılmasına cavab olaraq, ölkə yaxın günlərdə Polşanın bir sıra kənd təsərrüfatı məhsullarına embarqo tətbiq edəcək. Buna cavab olaraq Polşanın baş naziri Mateusz Morawiecki bəyan edib ki, Polşa Ukraynadan qadağan olunmuş məhsulların siyahısını genişləndirəcək.
//Gülnarə Abasova, Editor.az