ABŞ kəşfiyyatının şefi Moskvaya gizli səfər edib? – Peskov açıqladıbackend

ABŞ kəşfiyyatının şefi Moskvaya gizli səfər edib? – Peskov açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin Moskvaya gələrək Ukrayna ərazisinin 20%-ni təklif etməsi ilə bağlı iddialar yalandır.

Bu barədə fevralın 3-də Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bu, yalandır”, – deyə Peskov bildirib.

İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti alman siyasətçilərinə istinadən iddia edib ki, MKİ rəhbəri Uilyam Berns yanvarın ortalarında Kiyev və Moskvaya münaqişəyə son qoymaq üçün dinc nizamlama planı təklif edib. Eyni zamanda Berns gizli şəkildə Moskvaya səfər edib. Təkliflər Ukrayna ərazisinin təxminən 20%-nin Rusiyaya verilməsini nəzərdə tuturdu ki, bu da təxminən Donbas ərazisinə bərabər ola bilər. Lakin Moskva və Kiyevdə belə bir təklif rədd edilib.

publika,az