ABŞ komandiri: Rusiya ölkəmiz üçün ən böyük təhlükədirbackend

ABŞ komandiri: Rusiya ölkəmiz üçün ən böyük təhlükədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Şimal Komandanlığı komandiri Glen D. VanHerck ABŞ üçün ən böyük təhlükənin Rusiya olduğunu söyləyib.

Moskva dəfələrlə başqa ölkələrə qarşı aqressiv niyyətləri olmadığını bildirsə də, ittihamlar davam edir.

Editor.az xəbər verir ki, “Air Force Magazine” -e danışan VanHerck, “Rusiya bu gün vətənimiz üçün ən böyük təhdiddir. Bu, Çin deyil, Rusiyadır”-deyib.

VanHerck, Çinin uzunmüddətli bir təhlükə olduğunu, ancaq Rusiyanın daha böyük bir hərbi gücə sahib olduğuna işarə edərək, “Sualtı gəmilər, bombardmançılar, qanadlı raketlər ilə Rusiya böyük bir hərbi təhlükə yaradır” -deyib.

//Gülnarə Abasova, Editor.az